AZ

Türkiyənin keçmiş idman naziri evində ölü tapıldı

Türkiyənin idmandan məsul keçmiş dövlət naziri Mehmet Ali Yılmaz İstanbuldakı evində ölü tapılıb. SİA “Hürriyet”ə istinadən xəbər verir ki, 76 yaşlı siyasətçinin cəsədini qızı aşkar edib.

Yılmazın ölüm səbəbi və digər detallar açıqlanmayıb.

Qeyd edək ki, Mehmet Ali Yılmaz 1991-1993-cü illərdə Türkiyənin gənclər və idmandan məsul dövlət naziri olub.

Seçilən
50
3
Mənbələr
Şərh ()
Bağla