AZ

Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz

Quranda və məsumların hədislərində dönə-dönə vurğulanan və üzərində ən çox təkid edilən mövzulardan biri də təvəkkül məsələsidir. Təvəkkül ərəb dilindən tərcümədə “vəkil bilmək, vəkil kimi qəbul etmək” mənasını verir. Dini anlamda hər bir məsələdə Allaha arxayın olmaq, hər şeyi Onun öhdəsinə buraxmaq deməkdir.
 
Qurani-kərimdə təvəkkül möminin ən gözəl xüsusiyyətlərindən biri kimi göstərilir:
 
“Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah öz əmrini yerinə yetirəndir” (Təlaq, 3).
 
“Yenilməz qüdrət sahibinə, mərhəmət sahibinə təvəkkül et!” (Şüəra, 217).
 
İslam müqəddəsləri də öz hədislərində təvəkkülün üstünlüklərini ətraflı şəkildə bəyan etmişlər. Məsələn, İmam Əli (ə) buyurub: “Təvəkkül insanı hər kəsdən və hər şeydən ehtiyacsız edir”. Ehtiyacsız insan isə ən güclü insandır. Həzrət Mühəmməd Peyğəmbərin (s) buyurduğu kimi, hamıdan güclü olmaq istəyən şəxs Allaha təvəkkül etsin. Amma İslam müqəddəsləri başqasına möhtac olmaq dərəcədə təvəkkül etməyi bəyənməmiş və hər zaman tədbirlə, qənaətlə davranmağı məsləhət görmüşlər. Vaxtilə Həzrət Mühəmməd Peyğəmbər (s) onunla görüşə gəlmiş bir ərəbdən soruşdu ki, dəvəni harada qoyub gəlmisən? Ərəb cavab verdi ki, Allaha təvəkkül edib dəvəni özbaşına buraxdım. Peyğəmbər buyurdu: “Dəvənin ayaqlarını bağla, sonra Allaha təvəkkül et!”
 
İkinci raşidi xəlifəsi Ömər ibn Xəttab ruzi qazanmaq üçün zəhmət çəkməyən, camaatın ianəsi hesabına dolanan insanlarla rastlaşanda onlardan soruşmuşdu: “Siz kimsiniz?” Onlar cavab verdilər: “Biz təvəkkül əhliyik”. Ömər ibn Xəttab dedi: “Siz təvəkkül yox, təəkkül (yemək) əhlisiniz, yalançısınız. Əsl təvəkkül əhli odur ki, əvvəlcə yerə toxum səpər, sonra (bol məhsul yığmaq üçün) Allaha təvəkkül edər”.
 
Allaha təvəkkül etmək insanlararası münasibətlərə xələl gətirməməlidir. Allah insanların ruzisini bir-birinin vasitəsilə yetirir. “Mən Allaha təvəkkül edirəm” deyə, dünyəvi münasibətlərə arxa çevirmək, ruzi axtarışından imtina etmək müsəlmana yaraşmaz. Bununla yanaşı, hətta təvəkkül edərkən belə, qənaəti unutmamaq lazımdır.
 
Peyğəmbərlər tarixindən məlumdur ki, Həzrət Süleyman Peyğəmbər (ə) heyvanların və quşların dilini bilir, onlara hökm edirmiş. O həzrətin qarışqa və şanapipiklə Quranda xatırlanan söhbəti də deyilənlərə sübutdur. Dini mənbələrimizdə Həzrət Süleymanın (ə) küləklə, bəzi heyvan, quş və həşəratlarla söhbətlərini əks etdirən xeyli rəvayət vardır. Bunların içində qarışqa ilə bağlı mövzular xüsusi yer tutur. Bildiyimiz kimi, qarışqa zəhmətkeşliyin rəmzi sayılır. Durmadan çalışan, gündəlik fəaliyyətində insanların qibtə edəcəyi səviyyədə ciddi nizam-intizama riayət edən, özündən on dəfələrlə ağır yükü qaldırıb inadkarlıqla istədiyi nöqtəyə daşımaqda davam edən qarışqa bir çox ibrətli alleqorik məsəllərin “qəhrəmanına” çevrilib. Belə məsəllərin birində deyilir: Həzrət Süleyman Peyğəmbər (ə) bir gün qarışqadan soruşur ki, sənin bir aylıq yeməyin nə qədərdir? Qarışqa cavab verir: “Bir ay ərzində bir dənə iri buğda dənəsindən çox yemirəm”. Süleyman (ə) qarışqanın bu qədər qənaətlə davrandığına inanmır, sözünün doğruluğunu yoxlamaq qərarına gəlir. Qarışqanı bir şüşə qabın içinə buraxır, yanına da iri bir buğda dənəsi qoyur. Hava üçün yer qoymaq şərti ilə qabın ağzını bağlayır. Üstündən düz bir ay ötüb-keçir. Həzrət Süleyman (ə) şüşə qabı götürüb içinə baxanda heyrətə düşür. Qarışqa bir a ərzində hətta bir buğdadan da az yemişdi. Buğda dənəsinin yarısı qabın içində qalmışdı. Süleyman (ə), Ona verilən qüdrətlə qarışqadan soruşur: “Demişdin ki, bir ay ərzində bir buğda dənəsi yeyirsən. Bəs niyə buğda dənəsinin hamısını yeməyib, yarısını saxladın?” Qarışqa cavab verir: “Ey Allahın Peyğəmbəri! Mən azadlıqda olduğum zaman Allahıma təvəkkül edir və Onun yetirdiyi ruzini yeyirdim. İnanırdım ki, O, məni unutmaz və ruzisiz qoymaz. İnanırdım ki, O, mütləq hər ay mənə bir buğda dənəsi yetirəcək. Amma bu bir ayda mənim ruzimi Sən öz öhdənə aldın. Mən Allahıma təvəkküllə yanaşı, Sənin hafizənə və ədalətinə də güvənməli oldum. Düşündüm ki, məni unudar və bir aydan sonra şüşənin qapağını açmazsan. Ona görə də özümü çətinliyə salıb, qənaət etməyə qərar verdim”. 
 
Mənbə: //islam.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17952
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14763
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9943
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8317
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7390
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7176
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7113
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7031
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6944
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6667
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5700
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5417
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5196
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
5081
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4834
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4546
Sabah 20 dərəcə isti olacaq
4232
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3983
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3345
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3273