AZ

"Məişət Malları" ASC-nin mənfəəti 23%-dən çox azalıb - HESABAT

"Məişət Malları" ASC ötən ilin maliyyə hesabatını açıqlayıb.

FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, ASC ötən ili 167 min manata yaxın xalis mənfəətlə başa vurub.

Bu 2022-ci ilə nisbətən 51 min manat və ya 23,4% azdır.

Bu dövrə şirkət 42 min manata yaxın mənfəət vergisi ödəyib.

Hesabat dövründə "Məişət Malları" ASC-nin əməliyyat gəlirləri 2 milyon 530 min manat, satışın maya dəyəri üzrə xərclər 340 min manat təşkil edib.

İllik müqayisədə əsas əməliyyat gəlirləri 1 milyon 49 min (29,3%), satışın maya dəyəri üzrə xərclər 1 milyon 69 min manat (4,1 dəfə) azalıb

Beləliklə ümumi mənfəət cəmi 20 min manat və ya 0,9% artaraq 2 milyon 190 min manata yüksəlib.

Xəbər yenilənəcək...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla

Reytinq