AZ

“TikTok” ABŞ hökumətinə qarşı hüquqi mübarizəyə başlayır

“TikTok” ABŞ-dəki qadağa qanununa qarşı mübarizə aparacaq.

 

Sfera.az xəbər verir ki, “TikTok”un baş direktoru Şou Zi Çev sözügedən qanunun qarşısını almaq üçün başlayacaqları hüquqi mübarizədə qalib gələcəklərini gözlədiyini bildirib.

 

"Əmin olun, heç bir yerə getmirik. Faktlar və qanunlar bizim tərəfimizdədir, qalib gələcəyimizə ümid edirik", - o qeyd edib.

 

Xatırladaq ki, ABŞ Prezidenti Co Baydenin 24 aprel tarixində təsdiqlədiyi qanun layihəsinə görə, “TikTok” ABŞ-dəki aktivlərini 270 gün ərzində başqa şirkətə satmadığı təqdirdə ölkədə istifadəsi qadağan olunacaq.

 

Firuzə Əliyeva

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
50
Mənbələr
Şərh ()
Bağla