AZ

Almaniya ev alan türklərə 30 min avro verəcək

Almaniyada Hessen əyaləti gənc cütlüklərin ev sahibi olmasına kömək etmək üçün ilk ev alanlara mənzil müavinəti verəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, iki uşağı olan evli cütlük, evin ortaq sahibi olduqları təqdirdə 20 min avro, 18 yaşından kiçik hər uşaq üçün isə 5 min avro olmaqla, ümumilikdə 30 min avro alacaq.

Ödəniləcək məbləğ evin 6 faiz alqı-satqı vergisindən çox ola bilməz. Mənzil müavinəti yeni ev sahibinə ildə 10 hissə ilə ödəniləcək. Yardım üçün vətəndaşlıq tələbi olmayacaq. İlkin şərt, şəxsin və ya ailənin Hessen əyalətinin sərhədləri daxilində yaşaması və evin Hessen əyalətində olmasıdır. Hessendə yaşamayan biri buradan ev alsa, vəziyyətin necə olacağı hələlik bəlli deyil. Onun köçəcəyi təqdirdə hələ də yardım ala biləcəyi təxmin edilir.

Müəllif: Səbinə Hüseynli
Seçilən
10
Mənbələr
Şərh ()
Bağla