AZ

“İki ölkə arasında ticarət dövriyyəsi artıb” - SAHİL BABAYEV

“Azərbaycan və Macarıstan strateji tərəfdaşdırlar və ölkə rəhbərlərinin səyləri ilə bu əməkdaşlıq ən yüksək strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. Bu gün siyasi əlaqələrimiz yüksək səviyyədədir, iqtisadi, humanitar və digər sahələr üzrə də əlaqələr inkişaf edir, yeni çalarlar qazanır”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransında çıxışı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, Macarıstanın həm torpaqlarımızın işğalı dövrü, həm işğaldan azad edilməsi, həm də sonrakı dövrdə Azərbaycanın yanında olması strateji tərəfdaşlığın ən önəmli göstəricilərindən biridir: “Həmçinin Macarıstan Qarabağda görülən işlərə də cəlb olunub. Cəbrayılın Soltanlı kəndində müvafiq layihələr icra olunur. İki ölkə arasında ticarət dövriyyəsi artıb. Hətta bu ilin ilk iki ayında ticarət əlaqələrində 40 faizlik artım qeydə alınıb. Bütövlükdə iki ölkənin əməkdaşlığı ən yüksək səviyyədə inkişafını davam etdirir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
24
Mənbələr
Şərh ()
Bağla