- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Türkiyə Mərkəzi Bankı (TCMB) uçot faiz dərəcəsini 50% səviyyəsində sabit saxlayıb.
FED.az xəbər verir ki, bu barədə TCMB-nin məlumatında deyilir. Qeyd edilib ki, uçot dərəcəsi ilə bağlı növbəti qərarlar inflyasiyanın əsas tendensiyasını azaldacaq və inflyasiyanı orta müddətli dövrdə 5 faiz hədəfinə çatdıracaq pul və maliyyə şərtlərini təmin edəcək şəkildə veriləcək.
Xatırladaq ki, TCBM bundan əvvəl uçot faiz dərəcəsini 5 faiz bəndi artıraraq 45%-dən 50%-ə çatdırıb. Ötən ildən indiyə kimi uçot faiz dərəcəsi 8 dəfə artırılıb. (Apa)
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.