AZ

“Gənclər Şuşa həqiqətlərini daha yaxından öyrənəcəklər” - DEPUTAT DANIŞDI

“Şuşanın 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” elan edilməsi ilə bağlı Prezidentin sərəncamı bir daha Azərbaycanın qədim mədəniyyət ocağı olan Şuşanı dünyanın diqqət mərkəzinə çevirdi. Şübhəsiz ki, bu il ərzində bütün İslam Əməkdaşlıq Təşkilatı ölkələri gəncləri Şuşa ilə sıx təmasda olacaqlar, orada mühüm görüşlər keçiriləcək və gənclər yaxından Şuşa həqiqətlərini öyrənəcəklər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Deputat bildirib ki, gənclər Azərbaycanın gözəl diyarı olan Qarabağı və Zəngəzuru gəzəcəklər, yeni layihələrin əsasları qoyulacaq: “Həmçinin müxtəlif ölkələrdən olan gənclərin düşüncəsində Azərbaycanla bağlı yeni təsəvvürlər formalaşacaq. Bu həm Şuşanın təbliğatı üçün, həm də bütövlükdə Azərbaycanın dünyada tanıdılması baxımından mühüm əhəmiiyyət kəsb edir. Həmçinin İslam gənclərinin biri-birilə sıx əlaqələrinin formalaşması baxımından da önəmli rola sahibdir.

Ölkə başçısının digər bir sərəncamı ilə yaradılan Qarabağ Universitetində də İslam Əməkdaşlıq Təşkilatı ölkə gənclərinin təhsil alması üçün müvafiq danışıqlar olacaq. Gələcəkdə İslam dünyası gənclərinin biri-birilə daha sıx bağlanması, biri-birilə elmi, mədəni və digər müstəvilərdə əlaqələrin qurulmasında mühüm rol oynayacaq. Şuşan və Qarabağ işğaldan azad edildikdən sonra orada çox böyük işlər görülüb və hələ də davam edir. Bu bölgəni bundan sonra da dünyada tanıtmaq istiqamətində işləri davam etdirəcəyik”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla