AZ

"Bu yanacaqdoldurma məntəqələri elektrik enerjisi ilə çalışacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

""Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" ölkə ərazisində istifadə olunacaq nəqliyyat vasitələrinin, xüsusilə elektrik mühərrikli nəqliyyat vasitələrinin yanacaqdoldurma məntəqələrini təşkil edir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

O bildirib ki, bu yanacaqdoldurma məntəqələri elektrik enerjisi ilə çalışacaq: "Elektrik enerjisi ilə çalışdığı üçün aidiyyəti qurum olaraq "Azərişıq" və "Azərenerji" müvafiq icra hakimiyyəti orqanı, səlahiyyət sahibidirlər. Burada yanacaqdoldurma məntəqələrinin özəlliyi ondan ibarət olacaq ki, bu yanacaqdoldurma məntəqələri müasir elektrik avadanlığı ilə təchiz olunmalıdır. İstənilən ölkəmizə gətiriləcək nəqliyyat vasitələrini doldurmaq üçün onun enerji təchizatını tam təmin etmək əlverişli olmalıdır. Çünki çeşidlər artır, ölkəyə müxtəlif tipli nəqliyyat vasitələri gəlməkdə davam edir; elektron mobillər, elektrik mühərrikli digər nəqliyyat vasitələri və sair buraya daxildir.

Ona görə də onun daimiliyi, möhkəmliyi yüksək standartlara cavab verməlidir. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, onların xüsusi təchizatında önəm payı olmalıdır. Digər məsələ isə ölkəyə gətiriləcək nəqliyyat vasitələrinin texniki parametrləri sərəncamda da qeyd olunduğu kimi onların mühərrik və işçi prinsiplərinə tam dəstək ola bilsin. Bu nəqliyyat vasitələri elə avadanlıqlar, elə təchizatla təmin olunmalıdır ki, orada hansısa nasazlıqdan söhbət getməsin".

Müəllif: Söylü Ağazadə
Seçilən
35
Mənbələr
Şərh ()
Bağla