AZ

Rimas Kurtinaytes: “Hələ də üzərində işləməli olduğumuz məqamlar yetərincədir” - MÜSAHİBƏ

“Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytesin İdman.biz saytına müsahibəsi

- Sizin gəlişinizədək komanda bir müddət turnir cədvəlində 2-ci sırada gedirdi. Hansı dəyişiklər sayəsində liderliyi qaytardız?

- İlk növbədə işə münasibəti dəyişdirdik. Yeni gələndə məşq prosesi və məşqə yanaşma məni qane etmirdi. Lakin zamanla onlardan istədiyimi almağa başladım. Hiss edirəm ki, hazırda məşqlərə tam ciddiyyətlə və məsuliyyətlə yanaşırlar. Mənim üçün nizam-intizam həmişə öndədir. Komandada hamı peşəkardır, məşqlərdə maksimum yüz faiz çalışırlar və artıq bunun bəhrəsini oyunlarda görürük. Lakin hələ də üzərində işləməli olduğumuz məqamlar yetərincədir. Həmişə daha yaxşı olmaq üçün çalışmalısan.

- Müntəzəm yarışı lider kimi bitirdiz. Mövsümü də çempion kimi yekunlaşdırmaq çətin olmayacaq?

- Sadəcə işimizi görürük. İşimizin ilk hissəsi müntəzəm mövsümü lider başa vurmaq idi, bunun da öhdəsindən gələ bildik. Pley-off oyunlarına da eyni konsentrasiya ilə hazırlaşacağıq. Məqsədimiz titulumuzu qorumaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik.

- Azərbaycan Basketbol Liqasının və rəqiblərin səviyyəsini necə dəyərləndirirsiz?

- Ümumi götürsək, qısa müddət ərzində liqanın səviyyəsi artıb. İlk dəfə bura gələndə yaxşı mənada təəccübləndim. Maraqlı oyunlar çox olur. Komandalar arasında kəskin səviyyə fərqi yoxdur. Bu isə çempionatda intriqanı artırır.

- Çempionatda limit ilə bağlı fikirləriniz necədir? Çoxları bunun 4+1 olmasını istəyir. Bəs siz necə düşünürsüz?

- Limitlə bağlı iki yanaşma mövcuddur. Əgər biz klub basketbolunun inkişafını və daha maraqlı, rəqabətə davamlı liqa düşünürüksə, 4+1 daha cəlbedici görünür. Bu zaman klublar da avrokuboklara daha hazırlıqlı yollana bilər. Çünki görürük ki, hazırda aşağı sıralarda qərarlaşan klublar keyfiyyətli oyunçu sarıdan çətinlik çəkirlər. Amma məqsəd sırf Azərbaycan basketbolunun inkişafıdırsa, o zaman 3+2 də uyğun seçimdir. Mən məşqçi olaraq icraçıyam. Hər iki halda qəbul edilən qərara uyğun olaraq oyunçu seçimini edib, komandamı hazırlayacam.

- Yeni mövsümdə “Sabah”ın avrokuboklarda iştirakı üçün hansı dəyişikliklər etməyi düşünürsüz?

- Avrokuboklarla bağlı danışmaq hələ tezdir. Hazırda fikrimiz pley-offda yönəlib.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17952
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14763
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9933
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8317
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7390
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7175
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7113
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7031
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6944
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6667
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5700
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5417
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5196
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
5081
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4834
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4546
Sabah 20 dərəcə isti olacaq
4231
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3982
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3345
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3273