- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Rusiyanın Krasnodar vilayətinin Soçi şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları qoltuğunun altında ölü delfinlə şəhərdə gəzən şəxsi saxlayıblar.
Oxu24.com xəbər verir ki, bu barədə “Rise” xəbər portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, ekstravaqant kişi ölü heyvanı şəhərin Adler rayonundakı çimərliklərin birindən tapıb.
Daxili İşlər Nazirliyinin məlumat bazalarını yoxladıqdan sonra məlum oldu ki, həmin şəxs xüsusilə böyük miqyasda qadağan olunmuş maddələrin satışına görə federal axtarışa verilmiş narkotik alverçisidir.
“Şəxs saxlanılıb, o, axtarışın təşəbbüskarına təhvil veriləcək”, - materialda deyilir.
Nigar
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.