AZ

Ukraynadan qayıdan əsgərlər 200-dən çox insanı öldürüb və şikəst ediblər...

Ukraynada döyüşüb vətənə qayıdan rus əsgərləri artıq iki yüzdən çox həmvətənini öldürüb və şikəst ediblər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu “Vorstka” nəşri tərəfindən açıq məlumatlar əsasında hesablanıb.

KİV-in məlumatına görə, müharibə başlayandan bəri geri qayıdan əsgərlər insan tələfatı ilə nəticələnən ən azı 84 cinayət, o cümlədən qəsdən adam öldürmə və ölümlə nəticələnən ağır bədən xəsarətləri yetiriblər.

Bu hərəkətlər nəticəsində 107 rus ölüb, yüzdən çoxu isə ağır yaralanıb.

Söhbət yalnız hüquq-mühafizə orqanları tərəfindən rəsmi qeydə alınan, 176 hərbçinin təqsirləndirildiyi, onlardan 91-inin əfv olunduğu cinayətlərdən gedir.

Qeyd olunur ki, dərc edilmiş 134 məhkəmə hökmündən üç işdən ikisində müharibədə iştirak yüngülləşdirici hal kimi nəzərə alınıb.

42 işdə məhkəməzərərçəkmiş şəxslərin qanunsuz davranışınıyüngülləşdirici hal kimi nəzərdən keçirib ki, bu da digər hallarla yanaşı, hakimlər “hərbi hərəkətlərin tənqidi”ni də əhatə edib.

...Cümə axşamı Ukraynanın Xerson vilayətinin işğal olunmuş ərazisində Podo-Kalinovka və Abrikosovka kəndlərində törətdikləri 4 nəfəri qətlə yetirdiklərini etiraf edən iki rusiyalı hərbçi Aleksandr Osipov və Aleksandr Kayqorodtsev saxlanılıb.

“Kommersant” yazır ki, saxlanılan şəxslər 144-cü motoatıcı briqadada xidmət ediblər və cinayəti sərxoş vəziyyətdə törədiblər.

O da bildirilir ki, Kayqorodtsev əvvəllər adam öldürmə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunubmuş.

Ağasəf Babayev

Seçilən
123
3
Mənbələr
Şərh ()
Bağla