AZ

“Ferrari” ilə HP arasındakı müqavilənin dəyəri

“Ferrari” və HP arasında sponsorluq müqaviləsi 100 milyon dollar dəyərindədir. Bu barədə “Corriere della Sera” məlumat yayıb.

Xatırladaq ki, dünən, aprelin 24-də HP-nin Formula 1 komandasının yeni titul sponsoru olduğu bəyan edilib. Müqavilənin məbləği “Red Bull” və “Oracle” arasında bağlanmış sözləşmənin şərtlərinə yaxındır.

Müqavilənin şərtlərinin “Skuderiya” üçün çox faydalı olacağı əvvəlcədən məlum idi. Bu anlaşma növbəti mövsümdən komandaya qoşulacaq “Mercedes”in britaniyalı pilotu Lyuis Həmiltona yüksək maaş verməyə yardım edəcək.

Bu anlaşmadan sonra “Ferrari” rəsmi olaraq adını “Scuderia Ferrari HP” olaraq dəyişdirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla