AZ

Ev tikintisində və təmirində kərpic, yoxsa qazbeton sərfəlidir? - AÇIQLAMA

"Kərpiclə, yaxud qazbetonla hörülən binadan mənzil almaq seçim məsələsidir. Kərpic də, qazbeton da yaxşı materialdır. Tövsiyə edirik ki, təkcə bina deyil, həyət evlərində də bunlardan istifadə olunsun. Hər ikisi "kubik" dediyimiz mişar daşından qat-qat üstündür. Lakin fərqə gəlincə, qazbetonun səthi daha hamardır. Həcmi ilə çəki nisbətində qazbeton kərpicdən daha yüngüldür. Amma nəzərə alınmalıdır ki, qazbetonun qiyməti kərpicdən nisbətən bahadır. Ümumilikdə isə, hər ikisinin akustik xüsusiyyətləri çox üstündür, isti, soyuq keçirmək, uzunömürlülük, izolyasiya, konstruksiyaya yük salmamaq xüsusiyyətlərinə görə də əladır".

 

Bu sözləri Pravda.az-a açıqlamasında “Opera Group” MMC-nin direktoru, iqtisadçı ekspert Firdovsi Xəlilov deyib.

Firdovsi

O bildirib ki, həcmlərinə diqqət etmək lazımdır: "Çünki biri bişmişdir, digər isə bişməmiş. Müqayisə edilirsə, çöl divarları üçün 40 santimetr enində qazbeton ilə 40 santimetr enində kərpic müqayisə olunmalıdır. 40 santimetrlik bir kərpicdə 4 vakuumumuz əmələ gəlir. Eynisi qazbetonda da olur. Lakin qazbetonun üstün tərəfi yüngül olmasıdır ki, konstruksiyaya az güc salır və sonrakı işlərdə, yəni suvaq, aslar və s. işlərində kərpici üstələyir. Çünki səthi hamardır, kərpicdən daha tez montaj olunur. Qazbeton yapışdırıcı ilə yapışdırıldığı üçün işin sürəti də daha tez gedir. Amma binanı təmir ediriksə, təkcə hörgü işini deyil, təmirlə birlikdə nəzərə alsaq, kərpiclə qazbeton yekunda, təxminən, eyni qiymətə gəlib çıxır. Çünki kərpic qazbeton qədər hamar çıxmır. Seçimə gəldikdə, vəsait baxımından sıxıntı yoxdursa, şəxsən mənim seçimim qazbetonla tikilən ev olardı. O demək deyil ki, bəyəndiyimiz ev kərpicdirsə, imtina edək. Xeyr, normal bişmiş kərpic də kifayət qədər yaxşı materialdır".

 

Aytəkin Qardaşova

Tarix: 26 Aprel 2024, 09:27   
Seçilən
67
50
Mənbələr
Şərh ()
Bağla