AZ

Venesiyaya giriş ödənişli oldu

Aprelin 25-dən İtaliyanın ən məşhur şəhərlərindən biri olan Venesiyaya turistlərin birgünlük səfəri ödənişli olub.    Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “The Associated Press” agentliyi yayıb.  Məlumata görə, dünəndan etibarən Venesiyada şəhərə birgünlük ekskursiyaya gələn və gecəni burada keçirməyən turistlərdən 5 avro rüsum tələb olunur. Şəhərə ödənişli giriş 08:30-dan 16:00-a qədər qüvvədə olacaq.  Rüsumu ödəməyən turistlər 50 avro cərimə ediləcək.

Bildirilir ki, sözügedən layihənin tətbiq edilməsində məqsəd turistlərin çox olduğu günlərdə kütlə sayını azaltmaq və vəziyyəti həm turistlər, həm də sakinlər üçün daha qənaətbəxş etməkdir.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla