AZ

"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski

 
"Avropada həqiqi və davamlı təhlükəsizliyi təmin etməyin yeganə variantı Putini öz ərazisinə sıxışdırmaqdır..."
 
"Mənim üçün bu müharibədə insan itkiləri ən mürəkkəb məsələdir,  bu faciəni necə yaşamaq və insanların mənəvi ruhunu necə yüksəltmək sualına cavab yoxdur..."
 
Ukraynanın Rusiya ilə müharibəsində qələbədən başqa alternativi yoxdur.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "Fox News" nəşrinə müsahibəsində bəyan edib.
 
Zelenskidən Ukraynanın Rusiyaya qarşı müharibədə qalib gəlməyinə əminliyi barədə sual ünvanlanıb.
 
"Biz qalib gəlməliyik, bizim alternativimiz yoxdur, - o, cavabında deyib. - Mən bu qələbənin necə olacağını bimirəm, mən bunun konkret gününü də bilmirəm. Mən bunun necə baş verəcəyini də bilmirəm. Mən həmin gün hamının xoşbəxt olacağını da bilmirəm, dediyim kimi itkilər səbəbindən buna əmin deyiləm. Amma mən bilirəm ki, bizim alternativimiz yoxdur. Ona görə də biz qalib gəlməliyik və qalib gələcəyik".
 
Amerika yardımı barədə danışarkən Zelenski qeyd edib ki, Ukraynaya bu yardım imkan daxilində tez bir zamanda lazımdır.
 
"Əks halda bizi sıxacaqlar və bu, həqiqətdir. Bizim insanlarımız bunu bilir, amerikalılar da bunu bilməlidir. İndi bu, çətindir, bu dövr bizim üçün təhlükələrlə doludur. Yəni söhbət təkcə bu yardımın imkan daxilndə tez bir zamanda alınmasından deyil, həm də bizə lazım olanların alınmasından gedir", - prezident qeyd edib.
 
Zelenski bəyan edib ki, Avropada həqiqi və davamlı təhlükəsizliyi təmin etməyin yeganə variantı Putini öz ərazisinə sıxışdırmaqdır. Əks halda Rusiya dünyanı dəhşətli dərəcədə təhlükəyə məruz qoyacaq.
 
Bundan başqa o, qeyd edib ki, bu müharibədə insan itkiləri onun üçün ən mürəkkəb məsələdir. O, deyib ki, bu faciəni necə yaşamaq və vətəndaşların mənəvi ruhunu necə yüksəltmək sualına cavab yoxdur.
 
Prezident həmçinin qeyd edib ki, Amerika yardımı imkan daxilində tez çatdırılmalıdır. Zelenski etiraf edib ki, Konqres tərəfindən Ukrayna üçün hərbi yardımın ləngiməsi səbəbindən Rusiya qəsbkarları Ukraynanın şərqində ərazilərin bir hissəsini zəbt etməyə nail olub.
Seçilən
40
50
Mənbələr
Şərh ()
Bağla