- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
"Ağdaş" klubunun baş məşqçisi Ruslan Hüseynov AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.
Bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, buna mütəxəssisin II Liqada XXII turun "Kür-Araz"a qarşı səfər oyununun 49-cu dəqiqəsində hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.
İntizam Komitəsi Ruslan Hüseynovu 5 oyun cəzalandırıb. "Ağdaş" klubu isə 400 manat cərimə edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.