AZ

Tanzaniyada sel fəlakəti xeyli can aldı

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqın nəticəsində ölənlərin sayı 155-ə yüksəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yağışlardan 200 mindən çox insanın və 51 min evin zərər çəkdiyi, qonşu ölkə Keniyada isə ölənlərin sayının 45-ə yüksəldiyi bildirilib.

Tanzaniyada həftələrdir davam edən leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri səbəbindən itkilər getdikcə artıb.

Yollara, körpülərə və dəmir yollarına ziyan dəydiyini bildirən Baş nazir yağışlardan 200 mindən çox insanın və 51 min evin zərər gördüyünü bildirib. Dövlət alçaq ərazilərdə yaşayanları daha yüksək yerə köçmələri barədə xəbərdar edib və bölgə rəsmilərini evləri su altında qalanlara yemək çatdırmağa çağırıb.

Digər Şərqi Afrika ölkəsi Uqandada fırtınanın yaratdığı güclü yağış nəticəsində 2 nəfər ölüb. Daşqınlar səbəbindən yüzlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Müəllif: Söylü Ağazadə
Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla