AZ

“Forbes”in müxbiri saxlanıldı - FOTO

Baş ofisi ABŞ-da yerləşən iş dünyasının nüfuzlu jurnallarından biri olan “Forbes”in rusiyalı müxbiri Sergey Mingazov saxlanılıb.

News24.az xəbər verir ki, "Forbes Russia”da işləyən Mingazov Rusiya ordusu ilə bağlı “saxta” xəbərlərə görə saxlanılıb.

Mingəzovun vəkili Konstantin Bubon sosial şəbəkə hesabında verdiyi açıqlamada müvəkkilinin Xabarovskda saxlandığını bildirib.

Bubon qeyd edib ki, Mingazovun saxlanma qərarı, müharibənin ilk həftələrində Ukrayna vətəndaşlarının həlak olduğu Buçada Rusiyanın hərbi cinayətlər törətməsi ilə bağlı nəşrləri yenidən paylaşması səbəbilə verilib.

Qeyd edək ki, Rusiya Ukraynaya hücumlara başladıqdan sonra qəbul edilən qanunlar Rusiya ordusu haqqında yalan xəbər yaymaqda təqsirli bilinən şəxslərin uzunmüddətli həbs cəzalarını nəzərdə tutur.

Günel Məlikzadə

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla