AZ

Bakıda Dünya Qastroenteroloqlarının 20-ci beynəlxalq konqresi keçirilir -FOTO

Bu gün odlar yurdu Azərbaycanın paytaxtı Bakı şəhəri 8-ci dəfədir Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresinə, eyni zamanda XX Beynəlxalq Hepatoqastroenterologiya Konqresinə ev sahibliyi edir.


Medicina.az xəbər verir ki,, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyinin, Avrasiya Qastroenteroloqlar Assosiasiyasının, Türkiyə Respublikasının Hepato Bilio Pankreatologiya (HeBiPA) və Türkiyə Qaraciyər Araşdırmaları (TASL) assosiasiyalarının birgə təşkilatçılığı ilə keçirilən bu mötəbər tədbir dünyanın 30-dan çox ölkəsini təmsil edən 200-dən çox alimi, tanınmış həkim və cərrahları, akademik qurumların nümayəndələrini öz ətrafında toplayıb.

Konqres iştirakçıları əvvəlcə Fəxri Xiyabanda müasir Azərbaycanın qurucusu, səhiyyəmizin və tibb elmimizin inkişaf etdirilməsində müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevinməzarını ziyarət edib, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

3 gün davam edəcək beynəlxalq Konqresin açılış mərasimi Azərbaycan və Türkiyə respublikalarının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Konfransın açılış mərasimində Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nadir Zeynalov, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, Heydər Əliyev Fondunun departament rəhbəri, millət vəkili Soltan Məmmədov, Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyinin, həmçinin beynəlxalq konqresin sədri professor Rauf Ağayev, Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli çıxış edərək Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresinin yaranma tarixindən bəhs edərək, Ümummilli lider Heydər Əliyevin dəstəyi ilə 1997-ci ildə Bakıda ilk dəfə keçirilən beynəlxalq Konqresi xatırladıblar.

Natiqlər 20-ci Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresinin və 20-ci Beynəlxalq Hepatoqastroenterologiya Konqresinin bu il öz ərazi bütövlüyünü tamamilə bərpa etmiş ölkəmizdə keçirilməsindən duyduqları qürur və sevinci iştirakçılarla paylaşaraq, növbəti dəfə Qarabağın ürəyi Xankəndində və mədəniyyət beşiyimiz Şuşa şəhərində keçirilməsini arzu etdiklərini dilə gətiriblər.

Açılış mərasimində çıxış edən HEBİPA-nın sədri Halə Gökcan, Birləşmiş Avropa Qastroenteroloqlarının sədri Matias Löhr, Avropa Qaraciyər Araşdırma Assosiasiyasının baş katibi cənab Aleksandr Kraq, Ankara Universiteti Tibb fakültəsinin dekanı Zəhra Aycan, Hacettepe Universiteti Tibb fakültəsinin dekanı Deniz Demiryürek və digər xarici qonaqlar geniş coğrafi areala malik olan beynəlxalq Konqresin növbəti dəfə ölkəmizdə keçirilməsindən məmnunluq duyduqlarını, alimlərimizin və həkimlərimizin dünya tibb elminə verdikləri töhfələrdən ifadə ediblər.


Sonra odlar yurdu Azərbaycandan bəhs edən video çarx nümayiş olunub.

20-ci Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresi və 20-ci Beynəlxalq Hepatoqastroenterologiya Konqresi öz işini plenar sessiyalarla davam etdirib.

Xatırladaq ki, aprelin 27-dək davam edəcək beynəlxalq Konqresə 400-dən çox yerli və xarici mütəxəssislər qatılıb. Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresinin və XX Beynəlxalq Hepatoqastroenterologiya Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 30 DTT kredit balı ilə qiymətləndirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18522
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12975
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10300
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4636
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4306
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3445
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3235
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2744
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2426
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2172
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1654
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1148
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1040
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1021
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1005
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
996
Mayın ilk gününün havası açıqlanıb
917
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
812
Arda dubl etdi - VİDEO
809