AZ

Hidayət Heydərov yarımfinalda - Avropa çempionatı

style='margin-bottom:10px;'>

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Avropa çempionatı davam edir.

QOL.az xəbər verir ki, bu gün Azərbaycan millisinin üç cüdoçusu tatamiyə çıxıb.

Üçqat Avropa çempionu Hidayət Heydərov (73) 2-ci mərhələdə İndrit Kalhacı (Albaniya) məğlub edib. Daha sonra Otari o, Kvantidzeyə (Portuqaliya) qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə Heydərov Ruslan Xavalaçovu (AİN) üstələyib. Hidayət Heydərov yarımfinalda Adil Osmanovla (Moldova) qarşılaşacaq.

Digər cüdoçularımız Rəşid Məmmədəliyev və Zelim Tçkayev isə mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş qazanıb.

Seçilən
17
1
Mənbələr
Şərh ()
Bağla