AZ

Mənzil alışındakı yeniliklər nəyi dəyişəcək? - MÜNASİBƏT BİLDİRİLDİ

“30 yaxın müddətdir, Bakı şəhəri və ətraf ərazilərdə yeni yaşayış binalarının inşası aparılsa da, ötən zamanda onların sənədləşmə prosedur qaydalarında heç bir dəyişiklik baş verməyib. Əvvəlki illərdə tikinti şirkətləri mənzilləri alqı-satqı müqaviləsi və maliyyə arayışı ilə satırdısa, hazırda da həmin qaydalar davam edir. Bunun müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var”. Bu sözləri SİA-ya danışan daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, bir zamanlar bəzi tikinti şirkətlərinin eyni mənzili bir neçə nəfərə satması ilə bağlı vətəndaşlar ciddi problemlərlə üzləşirdilər: “Zərərçəkmiş şəxslərin sayı kifayət qədər çox idi. Hazırda tikinti şirkətləri sınaqdan keçmiş etibarlı şirkətlər olsa da, bu sahənin vətəndaşlarda daha çox inamın yaranması üçün elektron formaya keçid etmək lazımdır. Hazırda vətəndaş hər hansı bir çoxmənzilli binadan mənzil almaq istəyərkən onun məlumat alacağı heç bir rəsmi qurum yoxdur. Yəni, bütün mənzillər, tikinti şirkətləri barədə elektron formada məlumat olarsa, onların alqı-satqıları elektron formada aparılarsa, bir mənzilin bir neçə şəxsə satılmasının qarşısı alınar. Eyni zamanda bu sahəyə maraq və tələbat həddindən artıq arta bilər".

E. Fərzəliyev qeyd edib ki, bu sahənin elektronlaşması, yəni vətəndaş hər hansı bir tikinti şirkətindən mənzil almaq istəyərkən elektron qaydada həmin bina, mənzil, onların sayı haqqında tam məlumat əldə bilərsə, bu nəinki yerli alıcıları, hətta xarici ölkələrdən də investorların ölkəmizin daşınmaz əmlak sahəsinə cəlb olunmasına səbəb ola bilər”.

Ləman Sərraf

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla