AZ

Bu ölkə “keffiyeh” geyinən millət vəkilinin parlamentdə iştirakına icazə vermədi

Kanadada keffiyeh geyinmiş deputatdan parlament iclasını tərk etməsi tələb olunub.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kanadanın Ontario əyalətinin parlament üzvü Sarah Camanın Fələstinlə həmrəylik üçün geyindiyi keffiyeyə görə parlament iclasını tərk etməsi istənilib və komissiya işində iştirakına icazə verilməyib. Lakin Cama parlamenti tərk etməkdən imtina edib. Ontario Əyalət Məclisinin sədri Ted Arnot sonra bildirib ki, Cama heç bir məsələyə səs verə bilməz. Arnot jurnalistlərin Camanı niyə parlamentdən çıxarmaması ilə bağlı sualına “Yeganə yol onu fiziki olaraq uzaqlaşdırmaq idi və mən buna hazır deyildim” deyə cavab verib. Kanada Müsəlmanları Milli Şurası Arnotun Camaya qarşı hərəkətini pisləyib. Bəyanatda bu günün Ontario tarixində utanc verici bir gün olduğu ifadə edilib: "Bu, Fələstin əleyhdarı irqçilikdir. Keffiyeh, Fələstinin mədəni kimliyinin simvolu. Qadağa, Ontario əyaləti Nümayəndələr Palatasının sədri Ted Arnott tərəfindən ləğv edilməlidir”.   Qeyd edək ki, Fələstin keffiyesi adətən boyun və ya baş ətrafında taxılan damalı, qara və ağ yaylıqdır. Bu keffiye 1936-1939-cu illərdə Fələstində baş verən ərəb üsyanından sonra Fələstin millətçiliyinin simvoluna çevrilib. Yaxın Şərq və Şimali Afrikadan kənarda keffiyeh əvvəlcə İsraillə münaqişədə fələstinliləri dəstəkləyən fəallar arasında populyarlıq qazanıb və Fələstin həmrəyliyinin simvoluna çevrilib. Əfsanə Rəcəb

Manşet.az

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla