AZ

Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”

“Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər”. Bunu Moderator.az-a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib.

 

O, daha sonra əlavə edib:

 

“Toyda isə qəti şəkildə atamın mahnılarını oxumaq olmaz. Gedib öz səviyyələrinə uyğun nəsə oxusunlar. Hələ bu azmış kimi oxuyub, “YouTube” hesablarına da yerləşdirirlər. Bir çoxu heç bilmir ki, bu mahnı kimindir?! Bu sadəcə bildirişdir. İnsan tərbiyəsiz olmaz. Heç olmasa icazə almaq lazımdır. Elə sənətkarlar var ki, bizdən icazə alırlar. Mənə lazım deyil ki, kimsə oxusun və gətirib mənə qonorar versin”.

 

Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli bildirib ki, müəllif hüquqları pozulduğu halda müəllif və hüquq sahibi Əqli Mülkiyyət Agentliyinə və məhkəməyə müraciət edə bilər.

 

“Belə müraciətlər olduqda agentlikdə onlara təmənnasız hüquqi yardım göstərilir. Müəlliflər və hüquq sahibləri əsərləri Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə və əsərin qeydiyyatı barədə şəhadətnamə ala bilərlər. Müəllif vəfat etdiyi halda onun qanuni vərəsələri qeydiyyat üçün agentliyə müraciət edə bilərlər. Kimisə bu və digər suallar maraqlandırarsa, daha ətraflı məlumat üçün agentliyin “960” çağrı mərkəzinə müraciət edə bilər”, - deyə agentlik rəsmisi bildirib.

 

Qeyd edək ki, Tahir Əkbər 2018-ci ildə vəfat edib.

Tarix: 26 Aprel 2024, 18:37   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
8959
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7541
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1367
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1347
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1334
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1311
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
786
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
554
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
396
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
377
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
334
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
328
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
321
Arda dubl etdi - VİDEO
265
Arda Gülər dayanmır, yenə fərqləndi -
262
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
246
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
198
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
195
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
194