AZ

Mobil operatorlar SİM kartları kütləvi şəkildə bloklayır...

Telekommunikasiya operatorları Roskomnadzoruntələbi ilə boz sim kartların kütləvi bloklanmasına əl atıblar.

SİA xəbər verir ki, bu barədə “Kommersant” məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edildiyi kimi, ayda orta hesabla 300 min boz SİM kart bloklanır.

Nəşrin həmsöhbətlərindən biri qeyd edib ki, bu qərar SİM kartların boz bazarı ilə mübarizə çərçivəsində qəbul edilib.

O xatırladıb ki, ölkədə aktiv kampaniya hələ 2023-cü ildə başlayıb.

Mənbənin sözlərinə görə, “Roskomnadzor ilə qarşılıqlı əlaqə prosesi qurulub, hər şey öz axındadır”.

Nazlı

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla