AZ

Bakıda minik avtomobili "KamAZ"la toqquşdu - Yaralılar var

Bakının Binəqədi rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Manset.az report-a istinadən xəbər verir ki, taksi fəaliyyəti göstərən minik avtomobili "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı minik avtomobilində olan sərnişinlər - 1988-ci il təvəllüdlü Hüseynov Ruslan İbrahim oğlu və həmyaşıdı Cavadov Nurlan Zülfüqar oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Seçilən
97
3
Mənbələr
Şərh ()
Bağla