AZ

Arda Gülərin qolu “Real Madrid”ə qələbə qazandırdı

İspaniya La Liqasında 33-cü tura start verilib.
Günün yeganə oyununda “Real Sosyedad” və “Real Madrid” komandaları üz-üzə gəliblər. Görüş “kral klubu”nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 29-cu dəqiqədə türkiyəli futbolçu Arda Gülər vurub.
Bununla da 19 yaşlı oyunçu La Liqada vurduğu qolların sayını 2-yə çatdırıb.
Bu nəticədən sonra xallarını 84-ə çatdıran “Real Madrid” liderliyini davam etdirir. “Barselona” isə 70 xalla ikinci pillədə qərarlaşıb.

Seçilən
21
6
Mənbələr
Şərh ()
Bağla