AZ

Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər - Kamaləddin Qafarov

Bakı. Trend:

Cari ilin noyabr ayında Azərbaycanda növbəti dəfə dünyanın ənmötəbər və nüfuzlu beynəlxalq tədbirlərindən biri keçiriləcək.2023-cü ilin dekabrında Azərbaycan yekdilliklə BMT-nin İqlimDəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək ölkəseçilmişdir. Əlbəttə ki, bu qərar ilk növbədə ölkə Prezidenti cənabİlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uğurluxarici siyasətin nəticəsi, dövlətimizin malik olduğu güclüdiplomatiyanın göstəricisi və ölkəmizin etibarlı tərəfdaş nüfuzunundaha bir təsdiqidir. Bununla yanaşı etiraf etmək lazımdır ki,Azərbaycanın BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və TürkDövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurlu sədrliktəcrübəsi də dünya ölkələri tərəfindən belə bir məsuliyyətliqərarın qəbul olmasını şərtləndirən önəmli məqam kimi çıxışetmişdir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin ADAUniversitetində aprel ayının 23-də keçirilmiş “COP29 və Azərbaycanüçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun gedişində tədbiriştirakçılarının suallarını cavablandırarkən verdiyi açıqlamalarCənubi Qafqazda gedən geosiyasi proseslərlə bağlı dünyaictimaiyyətinin obyektiv məlumatlandırılması baxımından böyük önəmkəsb edir.“İlk növbədə birmənalı olaraq demək lazımdır ki,Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu, etibarlı vəarzuolunan tərəfdaş kimi dünya dövlətləri tərəfindən qəbul edilməsifaktı forumda aparılan müzakirələrdə, cənab Prezident İlham Əliyevəünvanlanan suallarda açıq-aşkar əks olunmaqda idi. Bunu təsdiq edənnövbəti məqamlardan biri Azərbaycanın Avrasiya İqtisadi İttifaqınadaxil olma ehtimalı ilə bağlı səsləndirilən sualda yer aldı. CənabPrezident bildirdi ki, dayanıqlı, daxili resurslara söykənən vəşaxələndirilmiş iqtisadiyyata malik olan Azərbaycanı Avrasiyaİqtisadi İttifaqına üzv dövlətlərlə qurduğu yaxşı ikitərəfliiqtisadi əlaqələr indiki vəziyyətdə tam qane edir. Azərbaycanınbeynəlxalq təsisatlarda üzvlüklə bağlı atdığı bütün addımlar hərzaman praqmatizmə əsaslanıb. Təbii ki, təşkilata inteqrasiyaölkəmizə əlavə praktiki üstünlüklər vəd edərsə, bu zaman Azərbaycanbütün üstün və mənfi cəhətləri dəyərləndirib düzgün qərar qəbuledəcək.”

K.Qafarov Cənubi Qafqazda sülh prosesi ilə bağlı mövzunun tədbiriştirakçılarının suallarında geniş yer aldığını və bunun dünyadaregionumuza olan böyük marağın daha bir önəmli göstəricisi olduğunuvurğulayaraq deyib: “Cənab Prezident İlham Əliyev ona verilənnövbəti sualı cavablandırarkən bir daha qeyd etdi ki, COP29 sülhprosesinin nəticəsidir və bu Konfransın mövzusu maliyyə olmasınabaxmayaraq, Azərbaycan tədbirin ev sahibi kimi ona verilən hüquqdanyararlanaraq gündəliyə sülh məsələsini də əlavə edəcək. Qeyd olunduki, ölkəmizin COP29-a ev sahibliyi etməsilə bağlı Ermənistanınvetosunu aradan qaldırması və bunun qarşılığında Azərbaycantərəfindən atılan addımlar iki ölkə arasında etimadın yaranmasınazəmin yaratmış oldu. Bu hal Azərbaycan və Ermənistanın heç də hərdəfə hər müstəvidə bir-birilərinə qarşı addım atmalı olmadıqlarınınümayiş etdirir. Beləliklə, Azərbaycan COP29-u həm də CənubiQafqazda sülh prosesini sürətləndirmək imkanı baxımındandəyərləndirəcək.”

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23345
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16136
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14552
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11442
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
10341
Helikopterin qalıqları tapılıb
9860
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7229
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6710
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5420
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5332
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5327
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4178
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4083
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3641
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2907
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2163
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1813
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1724
Azərbaycan nefti ucuzlaşdı
1702