AZ

Ermənistanda iğtişaşları Rusiya törədir - Süleymani

Ermənistan Baş naziri Nikol Paşinyanın bu yaxınlarda Avropaya səfəri baş verməkdə olan proseslərlə (sərhədin delimitasiya və demarkasiyası – red.) bağlıdır və görünür o, bütün bunlar haqqında avropalılarla danışıqlar aparıb.

Axar.az “Azad İran”a istinadla xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani İLNA-da dərc edilən məqaləsində yazıb.

“Nikol Paşinyan dəfələrlə sözügedən dörd kəndin Azərbaycana qaytarılmalı olduğunu bildirib. Bu arada Qarabağda separatçılıqla məşğul olmuş bəzi qüvvələr buna etiraz ediblər, məncə, onların arxasında ruslar dayanır. Belə ki, Gürcüstanda hərbi hərəkətlənmələr baş verdi, habelə Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması da belə planlardan biri idi.

Ermənistan indi daha çox Qərblə koordinasiyaya doğru irəliləyib, eyni vaxtda Rusiya da daxildən və xaricdən Nikol Paşinyana təzyiq göstərmək istəyir. Ona görə də Ermənistanda vəziyyət başqa istiqamətdə irəliləyir. Azərbaycan-Ermənistan sərhədində minalardan təmizləmə əməliyyatları və sərhədlərin işarələnməsinə başlanılıb. Düşünürəm ki, Nikol Paşinyan cəsarətli addım atıb.

Paşinyanın Avropada danışıqları da olub. Hətta Azərbaycan Prezidenti tərəfindən də xəbərdarlıqlar alıb. Hesab edirəm ki, bu istiqamətdə növbəti addım Ermənistan Konstitusiyasının dəyişdirilməsi ola bilər”, - o bildirib.

Ə.Süleymanının fikrincə, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması tarixini dəqiq təxmin etmək olmaz:

“Ancaq iki tərəf arasında sülhün əldə olunmasına yaxınlaşmanı göstərə biləcək mühüm proseslər gedir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
36487
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24099
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18940
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14860
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
12942
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11601
Helikopterin qalıqları tapılıb
11022
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7759
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6860
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6404
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5664
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5431
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4665
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4336
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3841
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3336
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3105
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2330
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2258