AZ

Avtomobildən telefon oğurlayan şəxs saxlanıldı - FOTO

Paytaxtın Yasamal rayonunda vətəndaşlardan birinə məxsus avtomobilin şüşəsini qıraraq içərisindən mobil telefon oğurlandığı barədə polisə məlumat daxil olub.   Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən əvvəllər məhkum olunmuş 1998-ci il təvəllüdlü Vüsal Mirzəyev saxlanılıb. Saxlanılanın törətdiyi əməl təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb: "O, dindirmə zamanı oğurladığı mobil telefonu satdığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı rayon ərazisində yerləşən binalardan birinin dəhlizindən velosiped oğurlayan 1975-ci il təvəllüdlü Pərviz Hacıyev saxlanılıb. V.Mirzəyev və P.Hacıyevin analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır".

"Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər", - deyə məlumatda qeyd edilib.

Seçilən
1
12
Mənbələr
Şərh ()
Bağla