AZ

Yaxın vaxtlarda Laçın rayonunun Sus kəndinə 59 ailə köçürüləcək - FOTO

Aprelin 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib.

Komitədən APA-ya verilən xəbərə görə, tədbirdə Dövlət Komitəsinin rəhbər şəxsləri, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.

Sus kəndində yeni inşa edilmiş fərdi evlər indiyədək müvəqqəti məskunlaşma yerlərində yaşayan və həmin kənddə daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir. Püşkatma 59 ailə arasında keçirilib. Ailə tərkibinə uyğun olaraq, onlardan 13-ü ikiotaqlı 28-i üçotaqlı, 14-ü dördotaqlı, 4-ü isə beşotaqlı fərdi evə köçürüləcək.

Tezliklə daimi yaşayış üçün doğma yurda qayıdacaq suslular çox böyük sevinc hissi keçirdiklərini, işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Püşkatmada iştirak etmiş ailələrin yaxın günlərdə Laçın rayonunun Sus kəndinə yola salınmasına başlanacaq.

Yaxın Yaxın Yaxın Yaxın Yaxın Yaxın Yaxın Yaxın Yaxın Yaxın Yaxın Yaxın

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
16
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38308
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24236
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19191
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14876
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14242
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11624
Helikopterin qalıqları tapılıb
11136
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7814
Abdullahianın cəsədi tapıldı - FOTO
7013
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6495
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5707
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5447
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4773
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4340
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3404
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3299
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2382