AZ

Mülki əhali demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir - Hikmət Hacıyev

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir.Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev "X" hesabında yazıb.
 

"Demək olar ki, hər gün Azərbaycanın mülki əhalisi ölümcül "müharibə qalıqları” ilə – Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bu gün daha bir mina partlayışı baş verib və ANAMA-nın minatəmizləmə əməliyyatçısı ağır yaralanıb”, - Hikmət Hacıyev qeyd edib.

www.anews.az
Seçilən
4
40
Mənbələr
Şərh ()
Bağla