AZ

Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. 

Qlobal.net xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb. 

O, sənətçi ilə olan fotolarına "SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası, əvəzolunmaz Zeynəb Xanlarova! Dünya Sizi sevir, mən də o dünyanın mərkəzindəyəm" deyə, yazıb.

Qeyd edək ki, Z.Xanlarova uzun aradan sonra sonuncu dəfə ötən ilin sonunda AzTV-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı konsertdə görünüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
319
24
qlobal.net

10Mənbələr