AZ

Çox yaşamaq istəyirsiniz,..onda liftə minməkdən imtina edin...

...Bəzi vərdişlərə əməl etsəniz, təbii ki, ömrünüzü artıra bilərsiniz.

Əslində, indi biz “palan içi eşib” alkoqoldan və siqaretdən imtina etməkdən, yaxud da sağlam qidalanmadan danışmırıq. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, burada fiziki aktivlik heç də az əhəmiyyət kəsb etmir.

Beləliklə, alimlər müəyyən ediblər ki, liftdən imtina edib müntəzəm olaraq pilləkənlərlə qalxsanız, bədəninizin sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdıra, bir sıra xəstəliklərin inkişafından qaça və buna görə də daha uzun yaşaya bilərsiniz.

Belə fiziki fəaliyyət əzələlərə, sümüklərə müsbət təsir edir, qan dövranını daha aktiv edir. Üstəlik, bu fəaliyyət növü pulsuzdur və demək olar ki, hər kəs üçün əlçatandır.

Media müntəzəm olaraq pilləkənlərə qalxmağın ölüm ehtimalını 24 faiz azaltdığını, həmçinin ürək-damar xəstəliklərindən, o cümlədən insultdan 39 faiz qoruduğunu göstərən araşdırmalara istinad edir.

Nazlı

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla