AZ

Səbaildə "Prado" ilə avtoxuliqanlıq edən sürücüyə 15 sutka həbs verildi

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib. Bakı Şəhər DYP İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, "Toyota Prado" markalı, 01-CJ-733 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muradov Pərviz Elşad oğlu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin  qərarına əsasən sürücü P.Muradovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 15 sutka inzibati həbs olunub.

 

Könül

 

Seçilən
5
24
Mənbələr
Şərh ()
Bağla