AZ

"Qalatasaray"ın futbolçusuna 37,5 milyon avro maaş təklif edildi

"Qaltasaray"ın "Çelsi"dən pulsuz icarəyə götürdüyü Hakim Ziyeç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Əl-Şəbab” 31 yaşlı mərakeşli cinah oyunçusuna 2,5 il üçün 37,5 milyon avro təmiz maaş təklif edib. "Əl-Şəbab" yay transfer dövründə də Hakim Ziyeçi heyətinə qatmaq istəmişdi. Lakin ulduz futbolçu sağlamlıq testlərindən keçə bilməyəndən transfer ləğv edilmiş və o, "Qalatasaray"a gəlmişdi. Bu mövsüm zədə səbəbindən cəmi 20 rəsmi oyuna çıxan Hakim Ziyeç 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Maqaviləyə əsasən, "Qalatasaray" istəsə pul ödəmədən onun transfer hüququnu əldə edə bilər. Jalə Jalə

Manşet.az

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla