AZ

Ukrayna qorxu içində: Rusiya böyük hücuma hazırlaşır

Ukrayna kəşfiyyatının iki yüksək rütbəli rəsmisi "Financial Times"a bildiriblər ki, onlar Rusiyanın yeni böyük hücumunun mayın sonunda başlayacağını gözləyirlər.    Manset.az xəbər verir ki, nəşrin həmsöhbətlərinin fikrincə, belə bir əməliyyat ərəfəsində Rusiya Xarkov və digər strateji əhəmiyyətli şəhərlərə raket zərbələri endirir. Ukrayna ordusundakı mənbə "Bild"ə bildirib ki, o, Xarkova 20-40 min insanın iştirak edəcəti hücumdan qorxur. “Sonra biz şimalı və ya şərqi müdafiə etmək istəməyimizə qərar verməliyik. Hər ikisini etmək mümkün deyil", deyə mənbə bildirib. Bundan əlavə, adının açıqlanmasını istəməyən ukraynalı hərbçilərdən biri bildirib ki, o, Rusiyanın hücumunun ən çox ehtimal olunan ssenarisini Xarkova hücum hesab edir. Bununla belə, Amerika Müharibənin Tədqiqi İnstitutu son təhlilində qeyd edib ki, yaxşı təchiz edilmiş Ukrayna qüvvələri çox güman Rusiyanın irəliləyişinin qarşısını ala bilər. Jalə

Manşet.az

Seçilən
191
47
Mənbələr
Şərh ()
Bağla

Reytinq