AZ

Stoltenberq: “Ukrayna iyulda keçiriləcək NATO sammitinə dəvət almayacaq”

“Kiyev alyansın 9-11 iyul tarixlərində Vaşinqtonda keçiriləcək sammitində NATO-ya üzv olmaq üçün dəvət almayacaq”.

KONKRET.az bunu NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, üzv ölkələr Kiyevin sammitə dəvət edilməsi ilə bağlı razılığa gələ bilməyəcəklər. Çünki belə bir qərarın qəbulu 32 dövlətin hamısının konsensusunu tələb edir.

“Zirvə görüşündə bu razılaşmanın əldə olunacağını düşünmürəm, lakin biz Ukraynanı NATO-ya yaxınlaşdırdığımızı nümayiş etdirəcəyik”, – Stoltenberq bildirib.

Burhan,
KONKRET.az

Seçilən
42
40
Mənbələr
Şərh ()
Bağla