AZ

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

İndoneziyanın Şimali Sulavesi əyalətindəki eyniadlı adada Ruanq vulkanı yenidən püskürüb.

“İki sahil” xəbər verir ki, bu barədə Yaponiya Baş Meteorologiya İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, atmosferə 19 kilometr hündürlükdə kül dumanı yayılıb.

Ruanq artıq aprel ayında səkkiz dəfə püskürüb. Bundan əvvəl adadan 828 sakin təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Vulkanın ərazisində təhlükə səviyyəsi ölkədə qəbul edilmiş təsnifata uyğun olaraq maksimum dörd səviyyəyə qaldırılıb. İndoneziya hətta Manado şəhərindəki hava limanını bağlayıb, 40-dan çox aviareys təxirə salınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
2
Mənbələr
Şərh ()
Bağla