AZ

YAP Xəzər rayon təşkilatında gənclərlə görüş keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında rayonunun ictimai- siyasi həyatında fəal iştirak edən gənclərin iştirakı ilə “Heydər Əliyev və Müasir Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının, müstəqil dövlət quruculuğu prosesinin həyata keçirilməsində azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərin gücləndirilməsinin həlledici rol oynadığını vurğulayıb. Diqqətə çatdırıb ki, Ulu Öndərin zəngin irsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsinin nəticəsidir ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan indi bütün azərbaycanlıların iftixarına çevrilmiş güclü dövlətdir.

Dəyirmi masa diskussiya şəklində davam etdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla