"Bu yerdə Gürcüstanda son günlərdə baş verən hadisələri də Fransanın aktivinə yazmaq doğru olardı. Axı Salome Zurabişvili 6 il bundan öncə məhz Fransa tərəfindən hazırlanıb Gürcüstana göndərilmişdi. O zaman düşünürdülər ki, xanım prezident Gürcüstanı Rusiyanın nüfuz dairəsindən qopararaq Avropa İttifaqına aparmaqda ciddi fəaliyyət göstərəcək. Amma Zurabişvili ona bəslənən ümidləri heç doğrulda bilmədi. Fəaliyyəti dövründə portfelsiz və səlahiyyətsiz Prezident missiyasını həyata keçirdi. Vəziyyət o yerə gəlib çatmışdı ki, Gürcüstan hökuməti onu xarici səfərlərə belə buraxmaq istəmirdi.
Salome Zurabişvili Prezident kimi ən ağır və bəlkə də son günlərini yaşayır. Gürcüstan Parlamentinin qəbul edəcəyi "xarici agentlər haqqında" qanun QHT-lərin kənardan maliyyələşdirilməsinə son qoyacağı kimi, Zurabişvilinin də karyerasına nöqtə qoya bilər. Beləliklə Afrika və Ermənistanın ardınca Fransanın Gürcüstanla bağlı layihəsi də bitmək üzrədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31