AZ

Aysun: "Kimi məşhur etdimsə, çörəyi dizinin üstündə oldu"

"Tanınmış müğənni ilə duet oxumaq lazımdır ki, nə onun mənə, nə də mənim ona ehtiyacım olmasın".
 
Bu sözləri müğənni Aysun İsmayılova ARB kanalında "Xəbər ətər" verilişində deyib.
 
Ad çəkməsə də bir zamanlar duet ortağı olan Alican Həmidi hədəf alan Aysun, onun vəfasızlığından gileylənib:
 
"Özümə söz vermişəm. Bundan sonra yeni çıxan heç bir müğənni ilə oxumayacağam. Çünki onu ortaya çıxardırsan, tanıdırsan, sonra da çörəyi dizinin üstündə olur. Ona görə də tanınmışla oxumaq lazımdır. Nə onun mənə, nə mənim ona ehtiyacım olmasın. Olub ki, dəstək olmaq üçün bütün maddi baxımdan hər şeyi tək eləmişəm. Sonradan həmin adam mənə qarşı ulduzluq etməyə başlayıb. Sən nə tez ulduz oldun? Elə toy qiyməti deyirdi ki, heç nədeyə bilmirdim".
 
 

Seçilən
19
50
Mənbələr
Şərh ()
Bağla