AZ

“Prezident Kuboku 2024” reqatasında ikinci günün qalibləri mükafatlandırılıb - FOTOLAR

"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ikinci günün qalibləri mükafatlandırılıb. SİA xəbər verir ki, medalları Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç, Kür-Olimpiya Tədris İdman Mərkəzinin direktoru Ceyhun Mirzəyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının İdman direktoru Rəhman Xanlarov təqdim ediblər.

Reqatanın ikinci günündə Azərbaycan bir qızıl, bir gümüş və bir bürünc medalın sahibi olub.

Qeyd edək ki, “Prezident Kuboku 2024” beynəlxalq reqatası mayın 3-də başa çatacaq.

Ləman Sərraf

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla