AZ

İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Azərbaycanda telefon, elektronika və məişət texnikası satışı üzrə ixtisaslaşan, ən böyük mağazalar şəbəkəsindən olan İrşad-ın 2022-ci ildə təqdim etdiyi mobil tətbiq istifadəçilərinin qazandığı ümumi bonus məbləği 5.000.000 AZN-i keçib.

Rahat alış-veriş imkanı yaradan və bu prosesdə həm də qazanmaq üçün BONUS sistemini özündə əks etdirən mobil tətbiqdən ilk qeydiyyatdan keçən müştərilər bu günədək 1.133.000 AZN-dən çox “Xoş gəldin”  bonusları qazanıblar. Məlumata görə müştərilər tərəfindən bu bonusların 600.000 AZN-ə qədəri artıq alış-verişdə istifadə edilib.

Şirkət tərəfindən verilən məlumata görə müştərilər bu günədək nağd alış zamanı 575.000 AZN, hissəli alış zamanı isə 3.671.000 AZN bonus qazanıb. Bununla da İrşad-dan müştərilərə ümumilikdə 5.390.000 AZN bonus verilib. Mobil tətbiqi yükləyən istifadəçi sayı isə son 6 ayda 53.000 nəfər artaraq 170.000 nəfərə çatıb. 

İlkin olaraq mobil tətbiqi yükləyən hər kəs qeydiyyatdan keçdiyi zaman 20 AZN "Xoş gəldin” bonusu qazanır. Müştəri mobil tətbiqdən alış etdikdə məhsulun dəyərinin 50%-nə qədər olan məbləği bonusla ödəyə bilir. Qeyd edək ki, bu, nağd alışla yanaşı, həm də taksit kartları ilə alışa şamil olunur. Üstəlik, mobil tətbiqdən alış-veriş 2 qat bonus qazandırır. Yəni, hər hansı bir məhsul mağaza və ya saytdan alış zamanı 15 AZN qazandırırsa, mobil tətbiqdən alışda isə 30 AZN qazandıracaqdır. Qazanılan bonusların son istifadə müddəti yoxdur.  

"Irshad" mobil alış-veriş tətbiqinin hansı üstünlükləri var?

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
10
Mənbələr
Şərh ()
Bağla