AZ

Kərəm Mustafayev İran xüsusi təyinatlılarının briqadasına baş çəkdi

Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayevin başçılıq etdiyi hərbi nümayəndə heyəti İranın 65-ci Hava Desant Xüsusi Qüvvələri Briqadasına (NOHED) baş çəkib.

Yenisabah.az Mehr-ə istinadla xəbər verir ki, nümayəndə heyəti bu briqadanın döyüş qabiliyyəti və hazırlığı ilə tanış olub.

Səfər zamanı Azərbaycan nümayəndə heyətinin iştirakı ilə NOHED üzvləri terrorizmlə mübarizə, girovların azad edilməsi və s. sahəsində müxtəlif təlimlər yerinə yetirərək öz bacarıqlarını nümayiş etdiriblər.

Xatırladaq ki, 65-ci Hava Desant Briqadasıterror qruplarına qarşı mübarizə ixtisaslaşıb.

 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
yenisabah.az

1Mənbələr