AZ

Renatın klubunda yeni baş məşqçi və idman direktoru

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin üzvü Renat Dadaşovun da formasını geyindiyi "Hatayspor"un yeni baş məşqçisi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Komanda Özhan Pulata tapşırılıb. Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb.

Həmçinin kluba yeni idman direktoru da təyin olunub. Bu vəzifəni "Qəbələ"nin sabiq baş məşqçisi Fatih Kavlak icra edəcək.

Qeyd edək ki, "Hatayspor" hazırda Superliqada 33 xalla 18-ci pillədə qərarlaşıb.

Əlavə edək ki, F.Kavlak son olaraq "Adanaspor"da baş məşqçi kimi işləyib. Özhan Polat isə onun məşqçi heyətində yer alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq