AZ

ABŞ: Sərhədlərin delimitasiyası prosesini alqışlayırıq

Ermənistan parlamentinin Ermənistan-ABŞ Dostluq Qrupunun üzvləri mayın 3-də Vaşinqtonda Dövlət Departamentinin Qafqaz və regional münaqişələr üzrə idarəsinin direktoru Mark Kemeron ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Milli Məclisinin "Facebook" səhifəsində məlumat paylaşılıb.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesini alqışlayıb

Mark Kemeron Almatı Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesini alqışlayıb.

Tərəflər aprelin 5-də Brüsseldə keçirilən üçtərəfli görüşün və Ermənistanın iqtisadi sabitliyinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Kemeron vurğulayıb ki, ABŞ Ermənistanı suverenliyini qorumaq və demokratiyanı gücləndirməkdə dəstəkləyir.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
yenisabah.az

1Mənbələr