AZ

NATO təyyarələri Krım yarımadasını izləyir - FOTO

“NATO-nun “Challenger-650” və “Boeing P-8 A” kəşfiyyat təyyarələri Qara dənizin şərq hissəsini və Krım yarımadasını izləyir”.

“AzPolitika” xəbər verir ki, bu barədə tanınmış hərbi analitik Aqil Rüstəmzadə teleqram kanalında yazıb.

“ABŞ və digər müttəfiqlər Ukrayna ilə real vaxt rejimində kəşfiyyat məlumatlarını bölüşürlər” – deyə, o, əlavə edib.

Ekspert bildirib ki, bu, hədəflənmiş sensorlarla peyk, hava, dəniz və quru platformalarından ibarət bütöv ekosistemdir.

Onun sözlərinə görə, hava platformaları əsasən Rumıniya ərazisi və Qara dəniz akvatoriyası üzərində fəaliyyət göstərir, müxtəlif növ instrumental kəşfiyyat tapşırıqlarını icra edir.

“Bunun sayəsində Ukrayna daha yaxşı kəşfiyyat məlumatları ilə təmin olunur”, - A.Rüstəmzadə vurğulayıb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
azpolitika.info

1Mənbələr