AZ

Türkiyənin ən böyük bankı ruslar üçün şərtləri yenidən sərtləşdirib

Türkiyənin ən böyük banklarından biri olan “DenizBank” ilin əvvəlindən ruslar üçün hesabların açılması şərtlərini yenidən sərtləşdirib və bu cür müraciətləri təsdiqləməyi praktiki olaraq dayandırıb.

SİA xəbər verir ki, RBC Rusiya vətəndaşlarına Türkiyə banklarından kart almağa kömək edən iki vasitəçiyə istinadən yazır.

Türkiyədə yaşamaq icazəsi və qeydiyyatı olan müştərilərə də imtinalar gəlir.

Vasitəçilərdən birinin dediyinə görə, hesab açmaq üçün rusların on müraciətindən yalnız biri təsdiq alır.

“DenizBank” yalnız böyük əmanəti olan, yəni100 min dollardan çox olan müştərilər üçün istisnalar edir.

Digər vasitəçi bildirib ki, 2024-cü ildən “DənizBank” artıq ruslar da daxil olmaqla əcnəbilərə turist kimi hesab açmır. Əgər əvvəllər sizə hesab açmaq üçün xarici pasport lazım idisə, indi bank sizdən Türkiyədə yaşamaq icazəsi və qeydiyyat tələb edir və yalnız müştərini yoxladıqdan sonra qərar verir.

Eyni zamanda, “DenizBank” ruslar üçün hesabların açılmasına heç bir qadağa tətbiq etməyib, lakin Rusiyaya qarşı sanksiyaların mümkün pozulması səbəbindən müraciətlər gücləndirilmiş yoxlamadan keçir.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla