AZ

"Sistem bu gün stabildir, lakin vəziyyət kifayət qədər mürəkkəbdir"

Rusiyanın enerji infrastrukturuna kütləvi zərbələrinin son dalğası Ukraynaya 1 milyard dollardan çox ziyan vurub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri German Qaluşenko telemarafonun efirində məlumat verib.

"Bu gün bir milyard dollardan çox itkidən danışırıq, lakin hücumlar davam edir və zərərin artacağı qaçınılmazdır”, deyə nazir əlavə edib.

Onun sözlərinə görə, Rusiyanın əsas hücumları istilik və hidroelektrik istehsal obyektlərinə, eləcə də elektrik enerjisinin ötürülməsi sistemlərinə yönəlib.

"Sistem bu gün stabildir, lakin vəziyyət kifayət qədər mürəkkəbdir", deyə Qaluşenko vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
211
5
Mənbələr
Şərh ()
Bağla